AZ

"Crocus”da baş verən terror aktından sonra nəqliyyatda təhlükəsizlik tədbirləri gücləndirilib

Rusiya Daxili İşlər Nazirliyi “Crocus City Hall”da törədilən terror aktından sonra nəqliyyatda təhlükəsizlik tədbirlərini gücləndirib.

“Report” xəbər verir ki, bu barədə Rusiya daxili işlər nazirliyinin nəqliyyat üzrə baş idarəsinin rəisi Oleq Kalinkin bildirib.

“Təhlükəsizlik tədbirləri bəzi obyektlərdə gücləndirilib. Daxili işlər orqanlarının bütün müvafiq idarələri işləyir. Nəzarət tədbirləri aparılır”, - o bildirib.

O.Kalinkin qeyd edib ki, polis sərnişin axınını diqqətlə izləyir.

Onun sözlərinə görə, nəqliyyat obyektlərində müşahidə kameraları hər zaman saz vəziyyətdə olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
14
report.az

10Mənbələr

Şərh ()
Bağla