AZ

İtaliyada təhlükəsizlik tədbirləri gücləndirilib

İtaliyada

Roma, 24 mart, AZƏRTAC

Rusiyanın paytaxtı Moskvada baş verən qanlı terror aktına görə İtaliya polisi həssas ərazilərdə mümkün təhlükələri nəzərə alaraq, təhlükəsizlik tədbirlərini gücləndirib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Daxili İşlər Nazirliyi həssas hesab edilən ərazilərdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı göstəriş verib. Belə ki, ibadət yerlərində, səfirliklərdə, qatar stansiyalarında və hava limanlarında təhlükəsizlik tədbirləri artırılıb.

Bundan başqa, martın 25-də Daxili İşlər Nazirliyində İctimai Asayiş və Təhlükəsizlik üzrə Milli Komitənin Moskvadakı terror aktından sonrakı vəziyyətin təhlilinə həsr olunmuş iclasının keçiriləcəyi bildirilib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Seçilən
81
14
Mənbələr
Şərh ()
Bağla