AZ

Alla Puqaçova “Crocus” terroru ilə bağlı paylaşım etdi

“Kədər “Instagram”da deyil, ruhda olmalıdır. Amin”.

KONKRET.az xarici mediaya istinadən bildirir ki, bu postu məşhur müğənni Alla Puqaçova ilk dəfə “Crocus City Hall”da baş verən terror aktına münasibət bildirərkən yazıb.

Puqaçova bir gün əvvəl tacikəsilli gənc rusiyalı müğənni Manijanın videoçıxışının altına “bağışla” sözü ilə həmin şərhi yazıb.

Qeyd edək ki, Manija sosial şəbəkədə terror aktından sonra Tacikistan və digər Orta Asiya ölkələrindən olan insanlar üçün mümkün “nəticələr” haqqında danışıb və hücumu “dəhşətli vəhşilik” adlandırıb.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
41
48
Mənbələr
Şərh ()
Bağla