AZ

Rəvan Qarayev evlidir, ya subay?

Müğənni Rəvan Qarayev növbəti açıqlaması ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

Yenisabah.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, ifaçı uğursuz ailə həyatından söz salıb.

O, hazırda subay olduğunu bildirib: "Mən arabir subaylaşıram. İndi də subayam".

Rəvanın bu sözləri isə verilişin digər qonaqları tərəfindən təəccüblə qarşılanıb. Onlar Rəvanın subay olduğuna inanmayıblar. Qarayev isə özünü təsdiq etmək üçün and içib:

"Neçə ildir subay, yoxsa evli olduğumu heç kim tapa bilmir. Vallah, indi subayam, evli deyiləm".

Qeyd edək ki, Rəvan Qarayevin müxtəlif zamanlarda verdiyi açıqlamalara görə, ifaçı 2 dəfə evli olub. Bir neçə ay öncə isə o, "Rəngarəng səhər" verilişində sevdiyi xanıma evlilik təklifi edib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
3
Mənbələr
Şərh ()
Bağla