AZ

Qəzzada ölənlərin sayı 32,5 mini keçdi


İsrailin Qəzza zolağında hərbi əməliyyatı başlayandan bəri həlak olan fələstinlilərin sayı 32,5 mini keçib, 75 minə yaxın fələstinli isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzaya təcavüzü qurbanlarının sayı artaraq 32 552 nəfərə çatıb, ən azı 74 980 nəfər isə yaralanıb”, - nazirlik bildirib.
Səhiyyə Nazirliyi həmçinin bildirib ki, son 24 saat ərzində anklavda 62 nəfər ölüb, daha 91 nəfər yaralanıb.
Ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır, həkimlər və xilasedicilər hələ də onlara çata bilmir.
Seçilən
76
4
Mənbələr
Şərh ()
Bağla