AZ

Qəzzada ölənlərin sayı 32,7 mini keçdi


Ötən ilin oktyabrında İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatların başlamasından bəri 32,7 mindən çox fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağına hücum qurbanlarının sayı 32 705-ə yüksəlib, ən azı 75 190 nəfər yaralanıb”, - deyə nazirliyin məlumatında bildirilib.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində anklavda 82 nəfər ölüb, daha 98 nəfər yaralanıb.
Ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır. Həkimlər və xilasedicilər hələ də onlara çata bilmirlər.
Seçilən
88
4
Mənbələr
Şərh ()
Bağla