AZ

Qəzzada ölənlərin sayı 32,4 mini keçdi


İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri həlak olan fələstinlilərin sayı 32,4 mini keçib, 74,8 minə yaxın fələstinli isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzaya təcavüzü qurbanlarının sayı artaraq 32 414 nəfərə çatıb, ən azı 74 787 nəfər isə yaralanıb”, - nazirlikdən bildirilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, son 24 saat ərzində anklavda 81 nəfər ölüb, daha 93 nəfər yaralanıb.
Ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır və həkimlər və xilasedicilər hələ sə onlara çata bilmirlər.
Seçilən
82
4
Mənbələr
Şərh ()
Bağla