AZ

Xəbərdarlıq edilmişdi - İrana verilən “vəd” yerinə yetirilir

Avropa Birliyinə (AB) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası aprelin 22-də İrana qarşı sanksiyalar rejiminin genişləndirilməsi məsələsinə baxacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” rəsmi mənbələrə istinadla məlumat yayıb.

ABŞ nəşri yazır ki, yeni sanksiyalar Ukraynaya qarşı istifadə edilməsi üçün İrandan Rusiyaya ballistik raket tədarükü məsələsini də əhatə edə bilər.

AB Ukraynada müharibə başladıqdan sonra Rusiyanı PUA-larla təchiz edən İrana sanksiyalar tətbiq edir. İndi Avropa Birliyi İran istehsalı ballistik raketlərin Rusiyaya daşınmasını sanksiyalar rejiminə daxil etmək istəyir.

Martın 21-də AB ölkələrinin hökumət başçıları Rusiyaya ballistik raketlər tədarük edəcəyi təqdirdə İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəklərini vəd ediblər. Brüssel həmçinin Moskvaya hərbi yardıma görə Belarus və Şimali Koreyanı da sanksiyalarla hədələyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
14
50
Mənbələr
Şərh ()
Bağla