AZ

Millimizin oyunu xorvat hakimlərə tapşırıldı

U-21 Avropa çempionatının seçmə mərhələsi üzrə Azərbaycan - Ukrayna oyununun hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək. Matçın baş hakimi Dario Bel olacaq. Onun köməkçiləri Qoran Pataki, İvan Yaniç və Zdenko Lovriçdir.

Qeyd edək ki, "Qarabağ Arena"da baş tutacaq matç martın 26-da, 16:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir.

Seçilən
302
3
offsideplus.az

10Mənbələr