Türkiyənin İzmir şəhərində Nif dağı üzərində əmələ gələn topa-yağış buludları (cumulonimbus) səmada möhtəşəm mənzərə yaradıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, sakinlər sosial şəbəkədə təbiət hadisəsinin görüntülərini paylaşıblar və heyranlıqlarını vurğulayıblar.
Qeyd edək ki, bu buludlar adətən fırtınaları müşayiət edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun