AZ

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib.

Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib.

Bundan əlavə, müğənninin üçüncü hamiləliyi ilə bağlı şayiələr internetdə yayılıb. Mənbə iddia edir ki, müğənni indi ailəsi ilə vaxt keçirir və onlara yenidən uşaq gözlədiyini deyib. Eyni zamanda, körpənin cinsinin artıq məlum olduğu iddia edilib. İnsayder "Rihanna və Rokki bu dəfə qız gözləyir. Hamı çox həyəcanlıdır" deyib.

Qeyd edək ki, cütlüyün artıq iki oğlu var.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
34
big.az

10Mənbələr