Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan çökəsi deyil.Poliqon xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.“Biz buna tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o çökməyəcək, dağılmayacaq”, – Belarus lideri söyləyib.Onun sözlərinə görə, bununla bağlı İrəvandan hələlik heç bir rəsmi bildiriş daxil olmayıb.Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “Rusiyanın hakim olduğu” KTMT-də iştirakını dondurduğunu bildirib. Növbəti gün Təşkilatın Katibliyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir müraciət almadığına diqqət çəkərək Paşinyanın açıqlamalarını “təşkilatın keçirdiyi heç bir tədbirdə iştirak etməmək”lə əlaqələndirib.Poliqon.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta