AZ

KTMT Ermənistansız çökəsi deyil - Lukaşenko

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan çökəsi deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz buna tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o çökməyəcək, dağılmayacaq”, – Belarus lideri söyləyib.

Onun sözlərinə görə, bununla bağlı İrəvandan hələlik heç bir rəsmi bildiriş daxil olmayıb.

Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “Rusiyanın hakim olduğu” KTMT-də iştirakını dondurduğunu bildirib. Növbəti gün Təşkilatın Katibliyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir müraciət almadığına diqqət çəkərək Paşinyanın açıqlamalarını “təşkilatın keçirdiyi heç bir tədbirdə iştirak etməmək”lə əlaqələndirib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
50
teleqraf.com

10Mənbələr