UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
Msport.az xəbər verir ki, namizədlər sırasında Brahim Dias (“Real” Madrid), Matteo Qenduzi (“Latsio”), Kilian Mbappe (PSJ) və Kevin De Brüyne (“Mançester Siti”) yer alıb.
Qeyd edək ki, qalib qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə müəyyənləşəcək.
Xatırlada ki, ÇL-in 1/8 finalının daha 4 matçı gələn həftə oynanılacaq.