AZ

Afinada silahlı hücum - Ölənlər var

 

Afinanın dənizkənarı Qlifada rayonunda “European Navigation” gəmiçilik şirkətinə məxsus ofisə silahlı şəxs daxil olub.

Bununla bağlı BBC məlumat yayıb.

Bildirilib ki, cinayətkar üç nəfəri qətlə yetirdikdən sonra intihar edib.

Məlumatda silahlı hücumu törədən şəxsin vaxtilə həmin şirkətin əməkdaşı olduğu və yaxın günlərdə işdən azad edildiyi qeyd olunub.

Hazırda hadisə yerində polis və təcili yardım maşınları cəlb olunub. Ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Mənbə: qafqazinfo.az

Aqreqator
Seçilən
125
10
qafqazinfo.az

10Mənbələr