AZ

Yunanıstanın paytaxtı Afinada silahlı şəxs üç nəfəri güllələyib

Afinanın dənizkənarı Qlifada rayonunda “European Navigation” gəmiçilik şirkətinin ofisinə soxulan silahlı şəxs oradakı insanları karabinlə atəşə tutub.

"İki sahil" Yunanıstanın “Newsbomb.gr” portalına istinadla xəbər verir ki, cinayətkar üç nəfəri qətlə yetirdikdən sonra intihar edib. “Kathimerini” qəzeti hücum edən şəxsin vaxtilə həmin kompaniyada işləyən misirli olduğunu və bu yaxınlarda işdən çıxarıldığını yazıb.

Hazırda hadisə yerində polis və təcili yardım maşınları cəlb olunub. Ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
10
ikisahil.az

10Mənbələr