AZ

Afinada silahlı hücum - Ölənlər var

Tarix: 12 Fevral 2024 20:02

Afinanın dənizkənarı Qlifada rayonunda "European Navigation" gəmiçilik şirkətinə məxsus ofisə silahlı şəxs daxil olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.
Bildirilib ki, cinayətkar üç nəfəri qətlə yetirdikdən sonra intihar edib.
Məlumatda silahlı hücumu törədən şəxsin vaxtilə həmin şirkətin əməkdaşı olduğu və yaxın günlərdə işdən azad edildiyi qeyd olunub.
Hazırda hadisə yerində polis və təcili yardım maşınları cəlb olunub. Ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
2
sonxeber.net

10Mənbələr