“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyev Azərbaycanda və Rusiyada əsas malların qiymətlərini müqayisə edib.
Publika.az xəbər verir ki, Lunyev bu barədə “RB Sport”a müsahibəsində deyib.
-Qiymətlər və həyat standartları baxımından Azərbaycan Rusiyadan çoxmu fərqlənir?
-Hazırda Rusiyada ərzaq qiymətlərinin necə olduğunu bilmirəm, amma eşitdim ki, onlar xeyli bahalaşıb. Ona görə də başa düşürəm ki, Azərbaycanla fərq əhəmiyyətlidir. Burada həyat daha ucuzdur.