AZ

30-cu qələbə

“Turan Tovuz” Misli Premyer Liqasında 30-cu qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, bu, XI turun Qərb derbisinə təsadüf edib.

Tovuz təmsilçisi öz meydanında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.

“Turan Tovuz” 30-cu qələbəsini 83-cü oyununda əldə edib. Qərblilər 16 dəfə evdə, 14 dəfə səfərdə üç xal qazanıblar.

Qeyd edək ki, Tovuz təmsilçisi Premyer Liqadakı ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər görüşündə əldə edib – 1:0.

İdman.biz

Seçilən
21
17
idman.biz

10Mənbələr