AZ

Qəbələdə avtomobil, Ağdamda ev yandı

Qəbələ şəhərində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, ətraf ərazilər yanğından mühafizə olunub.

Ağdam rayonunun Bənövşələr qəsəbəsində isə ümumi sahəsi 66 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə, evə bitişik ümumi sahəsi 12 m² olan talvarın taxta atmaları və talvarın altında yığılan əşyalar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

Seçilən
13
19
bizim.media

10Mənbələr