AZ

Qəbələdə avtomobil, Ağdamda isə ev yanıb

Qəbələ şəhərində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Xezerxeber.az-a verilən xəbərə görə, ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Ağdam rayonunun Bənövşələr qəsəbəsində isə ev yanıb. 

Ağdam rayonunun Bənövşələr qəsəbəsində ümumi sahəsi 66 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə, evə bitişik ümumi sahəsi 12 m² olan talvarın taxta atmaları və talvarın altında yığılan əşyalar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
3
19
xezerxeber.az

10Mənbələr