Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandası bu gün Avropa Kubokunda ikinci matçını keçirəcək.
II mərhələdən yarışa qoşulan təmsilçimiz Kiprin “Parnassos Strovolu” komandası ilə cavab oyununa çıxacaq.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzində xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorakın idarə edəcəyi görüşün start fiti saat 17:00-da səsləndiriləcək.
Qeyd edək ki, dünən baş tutan ilk görüşdə Azərbaycan komandası 35:31 hesablı qələbə qazanıb.