Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandası bu gün Avropa Kubokunda ikinci matçını keçirəcək.
“Report”un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, II mərhələdən yarışa qoşulan təmsilçimiz Kiprin “Parnassos Strovolu” komandası ilə cavab oyununa çıxacaq.
Kür Olimpiya Tədris-İdman Mərkəzində, xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorakın idarəçiliyi ilə keçiriləcək görüşün start fiti saat 17:00-da səsləndiriləcək.
Qeyd edək ki, dünən baş tutan ilk görüşdə Azərbaycan komandası 35:31 hesablı qələbə qazanıb.