AZ

Gürcüstanda seçkilərdə yenilik: Elektron qayda tətbiq olunur - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Səsverməyə yerli vaxtla saat 8:00-də start verilib.

Parlament seçkilərini ölkəmizdən Milli Məclisin nümayəndə heyəti də müşahidə edir.

Gürcüstanda ilk dəfə olaraq elektron qaydada səsvermə keçirilir.

Bu sözləri Milli.Az-a deputat Nizami Səfərov Gürcüstandakı seçkilərdə apardığı müşahidələrdən danışarkən deyib.

Onun sözlərinə görə, Gürcüstanda ilk dəfə olaraq elektron qaydada səsvermə keçirilir:

"Gürcüstanda hazırda ilk dəfə olaraq elektron qaydada səs vermə keçirilir. Faktiki olaraq 90% məntəqələrdə səsvermə bu formadadır .Yalnız ölkənin xaricində əvvəlki qaydada səsvermə prosesi davam etdirilir".

Deputat onu da əlavə edib ki, elektron səsverməyə görə vətəndaşlar məntəqəyə gəlir və xüsusi cihaz onların şəxsi məlumatlarını oxuyur. Vətəndaşlar bu xüsusi aparat sayəsində səs verirlər.

Nizami Səfərov eyni zamanda qeyd edib ki,  bu saata qədər onlar Gürcüstanın Rustavi şəhərində yerləşən 10 məntəqədə müşahidəçi olublar və seçki aktivliyi yüksək səviyyədə davam edir. Nümayəndə heyəti Rustavidən sonra Tiflisdə də məntəqələrdə müşahidələr aparacaq.

Nərmin Mahmudova
Milli.Az

Seçilən
12
39
milli.az

10Mənbələr