AZ

Azərbaycan güləşçisi dünya çempionu oldu

Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Korrespondent.az bildirir ki, mundialın dördüncü günündə qadın güləşi üzrə millinin son 2 üzvü xalçaya çıxıb.

Jalə Əliyeva (57 kiloqram) 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4. Həmyerlimiz növbəti mərhələdə türkiyəli Sevim Akbaşa da heç bir şans verməyib – 10:0. Əliyeva yarımfinalda isə amerikalı Sofiya Makalusonu “tuş”la üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib. Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.

Seçilən
8
37
korrespondent.az

10Mənbələr