AZ

Dünya çempionatında qızıl medal

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb. 

İdmançımız 1/8 finalda ukraynalı Alina Filipoviç, növbəti mərhələdə isə türkiyəli Sevim Akbaşdan üstün olub. Yarımfinalda isə amerikalı Sofiya Makalusonu “tuş”la məğlub edən güləşçimiz ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib. Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.

L.QURBANOVA XQ

Seçilən
1
37
xalqqazeti.az

10Mənbələr