Bakı. Trend:
Bakı Olimpiya Stadionun (BOS) ətrafında yeni yaradılmışməkanların ziyarətçilər və tədbir iştirakçıları tərəfindən rahattapılması üçün rəqəmsal xəritə yaradılıb.
Trend-in məlumatına görə, bubarədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsiüzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə müsahibəsindədeyib.
O bildirib ki, şəhərdən kənar və COP29-un keçiriləcəyi məkanınözündə də müəyyən naviqasiya həllərinin yaradılmasında işlər davamedir:
"Belə ki, tədbir məkanının ətrafında, yəni Bakı OlimpiyaStadionunun (BOS) ərazisində çoxlu sayda müvəqqəti tikililəryaradılıb. Konfrans zalları o məkanlarda yerləşəcək. Yeniyaradılmış məkanların rahat şəkildə ziyarətçilər və tədbiriştirakçıları tərəfindən rahat tapılması üçün rəqəmsal xəritəyaradılıb.
Həmin rəqəmsal xəritə vasitəsilə tədbir iştirakçıları rahatlıqlaA nöqtəsindən B nöqtəsindəki məkana rahatlıqla çata biləcəklər.Məsələn, həmin xəritə vasitəsilə onlar BOS-un girişindən hər hansıbir iclas otağının harada yerləşdiyini görə və rahat şəkildə tapabiləcəklər".