AZ

COP29-la bağlı daha bir xüsusi rəqəmsal xəritə yaradılıb

Bakı Olimpiya Stadionun (BOS) ətrafında yeni yaradılmış məkanların ziyarətçilər və tədbir iştirakçıları tərəfindən rahat tapılması üçün rəqəmsal xəritə yaradılıb.

Trend-in məlumatına görə, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, şəhərdən kənar və COP29-un keçiriləcəyi məkanın özündə də müəyyən naviqasiya həllərinin yaradılmasında işlər davam edir:

"Belə ki, tədbir məkanının ətrafında, yəni Bakı Olimpiya Stadionunun (BOS) ərazisində çoxlu sayda müvəqqəti tikililər yaradılıb. Konfrans zalları o məkanlarda yerləşəcək. Yeni yaradılmış məkanların rahat şəkildə ziyarətçilər və tədbir iştirakçıları tərəfindən rahat tapılması üçün rəqəmsal xəritə yaradılıb.

Həmin rəqəmsal xəritə vasitəsilə tədbir iştirakçıları rahatlıqla A nöqtəsindən B nöqtəsindəki məkana rahatlıqla çata biləcəklər. Məsələn, həmin xəritə vasitəsilə onlar BOS-un girişindən hər hansı bir iclas otağının harada yerləşdiyini görə və rahat şəkildə tapa biləcəklər".

Seçilən
0
1
day.az

2Mənbələr