AZ

"Matçda maksimum gücümüzü ortaya qoymalıyıq" - Siyasət Əsgərov

Qadın futbolçulardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsində Portuqaliyaya qarşı keçirəcəkləri oyun haqqında danışıb.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis bu matçda əllərindən gələni edəcəklərini deyib:

“Azərbaycan qadın futbolu üçün çox önəmli oyun olacaq. Çünki A millimiz tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinə yüksəlmək üçün isə iki rəqibi keçmək lazımdı. Portuqaliya çox güclü futbolçulardan qurulan komandadı. Qrup mərhələsindəki oyunları və nəticələri bunun sübutudu. Bu səbəbdən matçda maksimum gücümüzü ortaya qoymalıyıq. İlk dəqiqədən hakimin son fitinə qədər diqqətli olmaq vacibdi. Çünki Portuqaliya adi səhvdən belə, yararlanmağı bacaran rəqibdi. İstədiyimiz nəticəni əldə etmək üçün meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq. Qızların uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərinə inanıram”.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı bu gün saat 16.00-da başlayacaq. Görüş “Liv Bona Dea Arena”da keçiriləcək.
Seçilən
10
5
football-plus.az

10Mənbələr