AZ

“Maksimum gücümüzü ortaya qoymalıyıq” - Millimizin baş məşqçisi

style='margin-bottom:10px;'>

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov açıqlama verib.

QOL.az "AFFA.az" saytına istinadən xəbər verir ki, o, Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib:

“Sabah Azərbaycan qadın futbolu üçün çox önəmli oyun olacaq. Çünki A millimiz tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinə yüksəlmək üçün isə iki rəqibi keçmək lazımdır. Portuqaliya çox güclü futbolçulardan qurulan komandadır. Qrup mərhələsindəki oyunları və nəticələri bunun sübutudur. Bu səbəbdən matçda maksimum gücümüzü ortaya qoymalıyıq. 

İlk dəqiqədən hakimin son fitinə qədər diqqətli olmaq vacibdir. Çünki Portuqaliya adi səhvdən belə, yararlanmağı bacaran rəqibdir. İstədiyimiz nəticəni əldə etmək üçün meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq. Qızların uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərinə inanıram”.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı “Liv Bona Dea Arena” stadionunda oktyabrın 25-də saat 16:00-da başlayacaq.

Seçilən
6
5
teleqraf.com

10Mənbələr