AZ

"Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasında Niderlandın "Ayaks" klubunu qəbul edəcək.
 
Moderator.az xəbər verir ki, Liqa mərhələsinin III turuna təsadüf edən qarşılaşma saat 20:45-də start götürəcək.
 
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.
 
UEFA Avropa Liqası
 
Liqa mərhələsi
 
III tur
 
24 oktyabr
 
20:45. "Qarabağ" - "Ayaks" (Niderland)
 
Baş hakim: Nikolas Uolş (Şotlandiya).
 
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
 
Qeyd edək ki, Azərbaycan çempionu I turda İngiltərədə "Tottenhem"ə (0:3), növbəti görüşdə isə evdə İsveçin "Malmö" kollektivinə uduzub - 1:2. İlk oyunda Türkiyənin "Beşiktaş" klubunu 4 cavabsız qolla üstələyən "Ayaks" ikinci matçda Çexiyada "Slaviya" (Praqa) ilə heç-heçə edib - 1:1.
 
Seçilən
16
22
moderator.az

10Mənbələr