AZ

UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Ayaks”la qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasında Niderlandın “Ayaks” klubunu qəbul edəcək.

İnterpress.az xəbər verir ki, Liqa mərhələsinin III turuna təsadüf edən qarşılaşma saat 20:45-də start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.

UEFA Avropa Liqası

Liqa mərhələsi

III tur

24 oktyabr

20:45. “Qarabağ” – “Ayaks” (Niderland)

Baş hakim: Nikolas Uolş (Şotlandiya).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan çempionu I turda İngiltərədə “Tottenhem”ə (0:3), növbəti görüşdə isə evdə İsveçin “Malmö” kollektivinə uduzub – 1:2. İlk oyunda Türkiyənin “Beşiktaş” klubunu 4 cavabsız qolla üstələyən “Ayaks” ikinci matçda Çexiyada “Slaviya” (Praqa) ilə heç-heçə edib – 1:1.

Seçilən
1
22
interpress.az

10Mənbələr