AZ

Türkiyədə terror aktı: 4 nəfər ölüb, 14 yaralı var - Yenilənib

Türkiyədə

Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu qeyd edib.

Son məlumata görə, Türk Aerokosmik Sənayesinin (TUSAŞ) qarşısında atışma davam edir.

***

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücum həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib. Polis digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində əməliyyatı davam etdirir.

Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.

***

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Ərdoğan hücum zamanı 4 nəfərin öldürüldüyünü bildirib.

Rusiya prezidenti V. Putin də həmkarı R. T. Ərdoğanla görüşündə terror aktını pisləyərək başsağlığı verib.
Seçilən
5
35
reyting.az

10Mənbələr