AZ

Ankarada terror: ölən və yaralananlar var

Əli Yerlikaya hadisəni "terror” adlandırıb

Ankaranın Kahramankazan rayonunda terror hadisəsinin olduğu bildirilir.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan şirkətin (TUSAŞ) binası yaxınlığında partlayış, eyni zamanda silahlı hücum baş verib.

Hadisə yerinə təcili tibbi yardım qrupu göndərilib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya isə TUSAŞ-ın qarşısındakı hadisəni "terror hücumu” adlandırıb.

Onun sözlərinə görə, partlayış nəticəsində ölən və yaralananlar var: "Təəssüf ki, şəhidlərimiz və yaralılarımız var”.

Daxili işlər naziri baş verən hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyini deyib.

O, rəsmi mənbələrə və bəyanatlara istinad etməyi tövsiyə edib. Amma nazir hadisə zamanı ölən və yaralananların sayını açıqlamayıb.

CNN Türk yazır ki, hazırda TUSAŞ-ın qarşısında atışma gedir.

Hadisə nəticəsində iki nəfərin həlak olduğu bildirilir.

Media yazır ki, əraziyə təhlükəsizlik qüvvələri, təcili yardım və yanğından mühafizə qrupları cəlb edilib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunc bildirib ki, "terror aktı" ilə bağlı Ankara Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Onun sözlərinə görə, Baş prokurorun 1 müavini və 8 prokuror prosesə cəlb edilib.

Seçilən
13
35
arqument.az

10Mənbələr