AZ

2025-ci ildə iki Günəş və iki Ay tutulması olacaq

Gələn il iki Günəş və iki Ay tutulması baş verəcək.

"Medicina"2025-ci ilin 1-ci Günəş tutulması martın 29-da olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma martın 29-da saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.


2025-ci ilin 2-ci qismən Günəş tutulması sentyabrın 21-də baş verəcək. Tutulma hadisəsi sentyabrın 21-də saat 21:29:32-də başlayıb, sentyabrın 22-də saat 01:53:33-də sona çatacaq.

Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-də saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

2025-ci ilin ilk Ay tutulması martın 14-də baş verəcək. Bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi saat 09:09:33-də başlayıb, 12:47:48-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək.

Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək. Tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.

2025-ci ilin 2-ci tam Ay tutulması sentyabrın 7-də baş verəcək. Tutulma sentyabrın 7-də saat 20:27:02-də başlayıb, 23:56:26-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 29 dəqiqə 24 saniyə çəkəcək. Tutulmanın maksimumu saat 22:12:58-də baş verəcək. 2025-ci ilin 2-ci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək.

Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.


Seçilən
8
49
medicina.az

8Mənbələr