AZ

2025-ci ildə Yerdə iki Günəş və iki Ay tutulması baş verəcək

2025-ci ildə Yerdə iki Günəş və iki Ay tutulması baş verəcək.

Mia.az Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına istinadla bildirir ki, 2025-ci ilin birinci Günəş tutulması martın 29-da olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək.

2025-ci ilin ikinci tam Ay tutulması sentyabrın 7-də baş verəcək. Tutulma sentyabrın 7-si saat 20:27:02-də başlayıb, 23:56:26-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 29 dəqiqə 24 saniyə çəkəcək. Tutulmanın maksimumu saat 22:12:58-də baş verəcək. 2025-ci ilin 2-ci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək.
Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

Seçilən
2
47
mia.az

8Mənbələr