AZ

2025-ci ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək

Bakı. Trend:

Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasındanTrend-ə verilənməlumata görə, 2025-ci ilin 1-ci Günəş tutulması martın 29-daolacaq. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma martın 29-usaat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulmahadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanınmaksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı,Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

2025-ci ilin 2-ci qismən Günəş tutulması sentyabrın 21-də başverəcək. Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-dəbaşlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulmahadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumusentyabrın 21-i saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakitokean, Yeni Zellandiya və Antarktidada görünəcək. TutulmaAzərbaycan ərazisindən müşahidə olunmayacaq.

2025-ci ilin ilk Ay tutulması martın 14-də baş verəcək. Bu, tamAy tutulmasıdır. Tutulma hadisəsi saat 09:09:33-də başlayıb,12:47:48-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 38 dəqiqəçəkəcək. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək. Tamtutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikadamüşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçünAzərbaycandan müşahidə olunmayacaq.

2025-ci ilin 2-ci tam Ay tutulması sentyabrın 7-də baş verəcək.Tutulma sentyabrın 7-si saat 20:27:02-də başlayıb, 23:56:26-də sonaçatacaq. Tutulma hadisəsi 3 saat 29 dəqiqə 24 saniyə çəkəcək.Tutulmanın maksimumu saat 22:12:58-də baş verəcək. 2025-ci ilin2-ci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyadagörünəcək.

Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecəyarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

Məqalədə:
Seçilən
1
49
az.trend.az

8Mənbələr