Deputat Aydın Mirzəzadə Milli Məclisdə çıxış edərkən bəzi həmkarlarının ayrı-ayrı partiyaların rəhbərləri barədə səsləndirdiyi fikirlərə reaksiya verib.
YAP-çı deputat həmin partiyaların sədrlərinin adlarının plenar iclaslarda çəkilməsinə etirazını bildirib:
“Seçicinin qarşısına çıxa bilməyən partiya rəhbərinin adını vaxtaşırı burada səsləndirməyə nə ehtiyac var? O şəxslər heç bir qüvvəyə malik deyillər”.
A.Mirzəzadənin sözlərinə görə, o qüvvələrdən, o şəxslərdən danışmaq lazımdır ki, onlar doğrudan da real qüvvədir:
“Açığını deyim ki, heç bir ehtiyac olmadan kimlərinsə adının parlamentdə səslənməsinin səbəbini başa düşə bilmirəm”.
Musavat.com
Tarix: 22 Oktyabr 2024, 15:32