AZ

"Seçicinin qarşısına çıxa bilməyən partiya rəhbərinin adını vaxtaşırı burada səsləndirməyə nə ehtiyac var?"

Deputat Aydın Mirzəzadə Milli Məclisdə çıxış edərkən bəzi həmkarlarının ayrı-ayrı partiyaların rəhbərləri barədə səsləndirdiyi fikirlərə reaksiya verib.

 

YAP-çı deputat həmin partiyaların sədrlərinin adlarının plenar iclaslarda çəkilməsinə etirazını bildirib:

 

“Seçicinin qarşısına çıxa bilməyən partiya rəhbərinin adını vaxtaşırı burada səsləndirməyə nə ehtiyac var? O şəxslər heç bir qüvvəyə malik deyillər”.

 

A.Mirzəzadənin sözlərinə görə, o qüvvələrdən, o şəxslərdən danışmaq lazımdır ki, onlar doğrudan da real qüvvədir:

 

“Açığını deyim ki, heç bir ehtiyac olmadan kimlərinsə adının parlamentdə səslənməsinin səbəbini başa düşə bilmirəm”.

 

Musavat.com

Tarix: 22 Oktyabr 2024, 15:32   
Seçilən
18
pravda.az

1Mənbələr