AZ

"Qarabağ" - "Ayaks": Matçı şotlandlar idarə edəcək

Bakıda "Qarabağ" və "Ayaks" arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin III turunun oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Sportinfo.az xəbər verir ki, baş hakim FIFA referisi Nikolas Uolş olacaq.

Ona Qrem Stüart və Kalum Spensi kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristofer Qrehem yerinə yetirəcək. VAR-da Kevin Klensi, AVAR-da Con Biton əyləşəcək.

"Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Seçilən
19
10
sportinfo.az

10Mənbələr