AZ

İş icazələrinin verilməsi sadələşdirilir

Parlamentdə Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib. "Olaylar" xəbər verir ki, bu məsələ parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib. Qanun layihəsində təklif edilən dəyişikliklər miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevik şəkildə həyata keçirilməsinə, bu zaman kağız daşıyıcıdan istifadənin aradan qalxmasına xidmət edir.

Belə ki, sənədə əsasən müvafiq sahədə iş icazəsinin elektron formada rəsmiləşdirilməsi prosesi daha da asanlaşır, işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur, icazənin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməsi qaydası müəyyənləşir. Layihədə Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərə uyğun olaraq "Dövlət rüsumu haqqında" Qanuna da uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
6
olaylar.az

9Mənbələr