AZ

Miqrasiya Məcəlləsinə və “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik təsdiqlənib

Miqrasiya

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan parlamentində Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 22-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsində təklif edilən dəyişikliklər miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevik şəkildə həyata keçirilməsinə, bu zaman kağız daşıyıcıdan istifadənin aradan qalxmasına xidmət edir. Belə ki, sənədə əsasən müvafiq sahədə iş icazəsinin elektron formada rəsmiləşdirilməsi prosesi daha da asanlaşır, işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur, icazənin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməsi qaydası müəyyənləşir. Layihədə Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərə uyğun olaraq “Dövlət rüsumu haqqında” Qanuna da uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunub.

 

Seçilən
11
6
azertag.az

9Mənbələr