Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.
Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 200 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 763 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Qeyd edilib ki, 470.2 hektar ərazi minalardan təmizlənib.