AZ

Azad edilmiş ərazilərdə daha 249 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.10.2024 - 20.10.2024) açıqlanıb.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 200 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 763 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 470.2 hektar ərazi minalardan təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
44
olaylar.az

10Mənbələr