AZ

Azad edilmiş ərazilərdə daha 249 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.10.2024 - 20.10.2024) açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 200 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 763 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 470.2 hektar ərazi minalardan təmizlənib.
Seçilən
0
44
azxeber.com

10Mənbələr