AZ

İsrail Təhlükəsizlik Kabineti toplanır:İRANA CAVAB ZƏRBƏSİ NƏ VAXT OLACAQ?

Xəbər verdiyimiz kimi, İsrail Təhlükəsizlik Kabineti oktyabrın 20-də iclas keçirəcək.

 

"The Jerusalem Post" qəzetinin yaydığı yeni məlumata görə, nazirlər yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 20:30-da) Təl-Əvivdə toplanacaqlar.

 

Bildirilir ki, iclasın gündəliyindəki məsələlərdən birinin İrana cavab zərbəsi olacağı gözlənilir.

 

Xatırladaq ki, oktyabrın 1-də axşam saatlarında İran Fələstinin HƏMAS hərəkatı, Livanın Hizbullah təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusu liderlərinin öldürülməsinə cavab olaraq İsrail ərazisinə kütləvi zərbələri endirib.

Seçilən
10
4
senzor.az

7Mənbələr