AZ

İsraildə Təhlükəsizlik Kabineti toplanır: İrana cavab zərbəsi nə vaxt olacaq?

İsrail Təhlükəsizlik Kabineti oktyabrın 20-si axşam saatlarında iclas keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Məlumata görə, nazirlər yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 20:30-da) Təl-Əvivdə toplanacaq.

Bildirilir ki, iclasın gündəliyindəki məsələlərdən birinin İrana cavab zərbəsi olacağı gözlənilir.

Xatırladaq ki, oktyabrın 1-də axşam saatlarında İran Fələstinin HƏMAS hərəkatı, Livanın Hizbullah təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusu liderlərinin öldürülməsinə cavab olaraq İsrail ərazisinə iri raket zərbələri endirib.

Seçilən
0
4
editor.az

7Mənbələr