AZ

"Simonyan "sülh danışıqlarını dalana dirəyir" dedikdə bu ölkəyə eyham vurub... " politoloqdan maraqlı şərh


Məlum olduğu kimi Ermənistan parlamentinin sədri Alen Simonyanın “Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda əməliyyat keçirib və dünya bu müharibəyə bizim istədiyimiz kimi reaksiya vermədi” cümləsi işlədib. Simonyan bildirib ki, Ermənistan və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər.

Bəs Simonyan bu açıqlaması ilə hansı ölkəyə eyham vurub?

Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu məsələyə bu cür şərh verib:

"Aydındır ki, Simonyan bunu deyərkən, nə ABŞ, nə Fransa, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub. Simonyanın 3+3 platformasıyla bağlı səsləndirdiyi fikirdə də Rusiyaya eyham var: “Mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa başqa formata ehtiyacımız olduğunu başa düşmürəm”.

Yəni Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir".

Politoloqun fikrincə, buna baxmayaraq, İrəvan istəsə belə Tbilisi kimi bu formatdan imtina etməyəcək:

"Çünki bu İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqe kimi qiymətləndiriləcək. İrəvan belə riskə getməyəcək".

Xalidə Gəray
Musavat.com

Seçilən
12
2
musavat.com

3Mənbələr