AZ

Simonyan Qarabağ savaşına görə Bakıya haqq verdi…

Ermənistan parlamentinin sədri Alen Simonyanın “Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda əməliyyat keçirib və dünya bu müharibəyə bizim istədiyimiz kimi reaksiya vermədi” cümləsi qədər eyni müsahibədə Rusiyaya atmacaları da diqqətçəkicidir. Simonyan bildirib ki, Ermənistan və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Simonyan bu sözləri deyərkən, nə ABŞ, nə Fransa, nə də İranı nəzərdə tutub:

“Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub. Simonyanın 3+3 platformasının sülh danışıqları üçün müzakirə yeri ola bilməsi ehtimalı haqda suala verdiyi cavabda da Rusiyaya eyham var: “Mən, açıq desəm, nə üçün mövcud olandan başqa formata ehtiyacımız olduğunu başa düşmürəm”. Yəni Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir. Buna baxmayaraq, İrəvan istəsə belə bu formatdan imtina etməyəcək. Çünki bu, İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqe kimi qiymətləndiriləcək. İrəvan belə riskə getməyəcək”, - politoloq vurğulayıb./axar.az

Seçilən
1
2
turkustan.az

3Mənbələr