AZ

Karateçimiz "Belarus Open" 2024-ün qalibi oldu

Yığma komandamızın üzvü Asiman Qurbanlı Belarusiyanın Minsk şəhərində keçirilən "Belarus Open - 2024" beynəlxalq karate turnirində +84 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

19 oktyabr tarixində start götürən beynəlxalq turnir 20 oktyabr tarixində yekunlaşacaq.

Karateçimizi şəxsi məşqçisi Seymur Xudaverdiyev, AKF -nin böyüklərdən ibarət yığma komandasının baş məşqçisi Şahin Atamov və AKF -nin vitse prezidenti Rəhman Hətəmov yarışa hazırlayıb.

"Cebheinfo.az"

Seçilən
14
1
cebheinfo.az

10Mənbələr